Onlar da plastik qabları qadağan edir - 700 manatadək cərimə

Sosial 25-mar, 19:179 xeber 0 0
onlar-da-plastik-qablari-qadagan-edir
Bu gün Ermənistan Milli Assambleyası 2027-ci il yanvarın 1-dən etibarən plastik torbalar və plastik qablardan istifadəni qadağan edən qanun qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, zibil torbaları və qapaqlı plastik butulkalar, həmçinin yağ, ət, dənli bitkilər və digər məhsulların qablaşdırılması üçün istifadə olunan torbalar istisna olacaq.
Pərakəndə ticarət və ictimai iaşə müəssisələri tərəfindən qadağanın pozulması ilk növbədə xəbərdarlıq, daha sonra isə 100-150 min dram (450-677 manat) məbləğində cərimə ilə nəticələnəcək.
Qeyd edək ki, Ermənistan hakimiyyəti 2024-cü il yanvarın 1-də oxşar qadağa elan etsə də, qadağa reallaşmayıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr