Xırdalanın bu əraziləri işıqsız qalacaq

Sosial 18-mar, 19:469 xeber 2 0
Xırdalanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

“Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr