“Neftçi”nin qadınlardan ibarət komandası ÇL-ə qələbə ilə başladı

İdman 22-iyl, 15:139 xeber 21 0

“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.
Yunanıstanın Veria şəhərində keçirilən 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
Siyasət Əsgərovun komandası 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.
 

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr