Millimiz Qazaxıstana qalib gəldi

İdman 27-apr, 18:069 xeber 3 0
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.
Millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyundan sonrakı penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr