Gürcüstanda azərbaycanlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib.
“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evin mətbəxində qaz sızması səbəbindən baş verən partlayışda həlak olub.
Belə ki, partlayış nəticəsində gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisasının tələbəsi olub.










































