Gəmidə həlak olanlardan ikisinin kimliyi bilindi

Hadisə 05-iyn, 18:569 xeber 0 0
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.

Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.
Yaralıların vəziyyətinin normal olduğu və hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.

Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr