Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb.Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.








































