Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
“Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə əlavə edilib.

.png)




































