23 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir

Hadisə 23-fev, 19:409 xeber 1 0
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə günorta saatlarında şəhər sakini 26 yaşlı Emin Kərimovun yaşadığı ünvanda baş verib.

Belə ki, aralarında yaranmış mübahisə zəminində o, 23 yaşlı həyat yoldaşı Təranə Kərimovaya kəsici alətlə xəsarətlər yetirib. Yaralı qadın dərhal xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr