ANAMA əməkdaşının vəziyyəti - Açıqlandı

Hadisə 18-fev, 19:149 xeber 1 0
Xocalıda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb.
Bu barədə “Qafqazinfo”ya Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“18 fevral saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Xocalıda mina partlayışı zamanı Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 26 yaşlı əməkdaşı Vasif Fizuli oğlu Çobanov xəsarət alıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr