23° isti... - Sabahın havası

Hadisə 16-fev, 17:099 xeber 3 0
23-isti
Fevralın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunudan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr