Qobustanda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.Hadisə bu gün günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və onun nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.


































