Türkiyədə qəza - Azərbaycan vətəndaşı saxlanıldı

Hadisə 23-yan, 18:479 xeber 18 0


Türkiyənin Samsun şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla gecə saat 01:30 radələrində baş verib.
Belə ki, kuryer fəaliyyəti ilə məşğul olan Umut Can Turanın idarə etdiyi motosiklet yolun kənarında park edilmiş yük maşınına çırpılıb.
Qəza nəticəsində xəsarət alan motosikletin sürücüsü yaxınlıqdakı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun bir vaxtlar badminton idman növü üzrə Türkiyə yığmasının üzvü olduğu bildirilir. 
Hadisə ilə bağlı 99-ZC-168 nömrə nişanlı yük avtomobilinin sürücüsü olan Azərbaycan vətəndaşı Nadir Salmanov ifadəsinin alınması üçün saxlanılıb. 



Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr