15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğulları tutulub

Hadisə 13-yan, 19:559 xeber 12 0
Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub.
“Qafqazinfo” Nocomment.az-a istinadən xəbər verir ki, onlardan biri Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanovdur.
15 yaşlı qıza qarşı zorakılıqda şübhəli bilinənlər arasında Həzi Əsgər oğlu Sadıqov, Elgün İbad oğlu Aslanlının da adının olduğu deyilir. Sayt yazır ki, bu şəxslərin valideynləri rayonda geniş biznes imkanlarına sahibdirlər.
Onlardan Xəyal Qəhrəmanov dəbdəbəli həyat tərzi ilə seçilib. Sosial platformada onun bir çox bahalı avtomobilləri ilə fotoları yayımlanıb.
Xatırladaq ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr