AZAL Qazaxıstanın daha bir şəhərinə uçuşlara başlayır

Gündəm 16-fev, 16:579 xeber 1 0
azal-qazaxistanin-daha-bir-seherine-ucuslara-baslayir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, yeni istiqamət üzrə biletlər artıq satışdadır.
İlk reys iyunun 16-sı baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:
- 16-27 iyunda həftədə iki dəfə - Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;
- 30 iyundan etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.
Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr