Qazaxıstan Rusiyadan elektrik alışını dayandıracaq

Dünya 05-may, 18:169 xeber 2 0
qazaxistan-rusiyadan-elektrik-alisini-dayandiracaq
Qazaxıstan gələn ildən etibarən Rusiyadan elektrik enerjisi alışından tamamilə imtina etməyi planlaşdırır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov açıqlama verib.
Onun sözlərinə görə, əgər cari ilin sonunda və gələn ilin əvvəlində bütün planlaşdırılan energetika obyektləri istismara verilərsə, ölkə özünün elektrik enerjisinə olan ehtiyacını tam təmin edəcək və idxala ehtiyac qalmayacaq.
Sunqat Yesimxanov son 3 il ərzində Rusiyadan elektrik enerjisi idxalının azalan xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Sosial