Avropada Hörmüzə görə aviasiya yanacağı ehtiyatları tükənir?

Dünya 10-apr, 18:289 xeber 0 0
Hörmüz boğazı üç həftə ərzində tam açılmasa, Avropanın hava limanlarında aviasiya yanacağının çatışmazlığı təhlükəsi yarana bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. 

Avropa İttifaqının (Aİ) hava limanlarını təmsil edən “ACI Europe” təşkilatının məlumatına görə, Avropada aviasiya yanacağı ehtiyatları tükənir, Yaxın Şərqdə aparılan hərbi əməliyyatların təsiri isə tədarüklə bağlı vəziyyəti daha da çətinləşdirir. Yay mövsümünün yaxınlaşması narahatlığı daha da artırır, çünki hava nəqliyyatı bütün turizm ekosistemi üçün mühüm əhəmiyyət kəsb edir, bir çox ölkələrin iqtisadiyyatı isə bu ekosistemdan asılıdır.
Yanacaq qiymətləri iki dəfə artsa da, Avropada hələ kəskin çatışmazlıq müşahidə olunmur, lakin aviaşirkətlər artıq reyslərin ləğv edilməsi riski barədə xəbərdarlıq edir. İtaliyada altı hava limanı üç saatdan qısa müddətli reyslər üçün yanacağa bir neçə günlük məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 8-nə keçən gecə İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb. Buna baxmayaraq, dünya bazarında neft qiymətləri yüksək olaraq qalmaqdadır. Hazırda şimal-qərbi Avropada aviasiya yanacağının etalon qiymətləri bir ton üçün 1573 dollar təşkil edir, bu isə İranla müharibədən əvvəlki qiymətdən təxminən iki dəfə yüksəkdir. 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr