
Avstraliya Yaxın Şərqə hava-desant qüvvələrinin 90 hərbçisini göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.
Avstraliya xüsusi təyinatlıları Dubay yaxınlığındakı Əl-Minhad hava bazasında yerləşdiriləcək. Onların ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyəcəyi bildirilir.
Hərbçilərin əsas vəzifəsi vəziyyətin kəskinləşməsi halında ölkə diplomatlarının regiondan təcili təxliyəsini həyata keçirmək olacaq.








































