“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

Dünya 24-mar, 20:359 xeber 0 0
“İran ABŞ-İsrail hücumuna qədər ABŞ ilə danışıqları davam etdirməyə hazır olub və bu proses müəyyən qədər uğurla irəliləyib”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Onun sözlərinə görə, Tehran danışıqlara hazır olduğunu təkcə bəyanatlarla deyil, real addımlarla da təsdiqləyib: “İran hərbi əməliyyatlar başlayanadək danışıqların davam etdirilməsində maraqlı olub. Bu faktlar həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə məlumdur”, - deyə Kremlin sözçüsü bildirib.





Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr