Soyğunçular məşhur futbolçu və ailəsini otağa qapadıb evini soydular

Dünya 17-mar, 20:569 xeber 1 0
soyguncular-meshur-futbolcu-ve-ailesini-otaga-qapadib-evini-soydular
İtaliyanın “Roma” klubunun futbolçusu Neil El-Aynaui qarət olunub.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə futbolçunun Kastel Fusano rayonundakı evində baş verib. 
6 silahlı şəxs gecə 3-də onun evinə girib. Onlar qonaq otağının pəncərəsini sındıraraq içəri daxil olublar. 
El-Aynaui, anası, sevgilisi, qardaşı və qardaşının sevgilisini bir otağa salıb qapını bağlayıblar. Daha sonra evdəki 10 min avro dəyərindəki zinət əşyalarını, saatları və bahalı çantalarını oğurlayıblar. 
Polis hadisə barədə araşdırmalara başlayıb. 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr