
Kanadanın Toronto şəhərində ABŞ konsulluğu yaxınlığında atəş açılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.
Məlumata görə, diplomatik missiyanın binası vurulub, lakin xəsarət alan olmayıb. Naməlum silahlı şəxslər yerli vaxtla təxminən 5:29-da atəş açıblar. Hadisə yerindən 10-a yaxın giliz tapılıb.
Qeyd edək ki, bu, son günlər ABŞ diplomatik missiyalarında baş verən ikinci oxşar hadisədir.







































