Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Dünya 06-fev, 19:209 xeber 1 0


ermenistanda-parlament-seckileri-bu-tarixde-kecirilecek
Ermənistanda növbəti parlament seçkilərinin keçiriləcəyi dəqiq tarix məlum olub.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçatryan seçkilərin təyin edilməsi haqqında müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Ermənistan Milli Assambleyasına (parlament) növbəti seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.
Xatırladaq ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlmişdi.




Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr