16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi

Cəmiyyət 17-iyn, 20:159 xeber 0 0
Qəbələdə boğaz nahiyəsindən cərrahi əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov barəsində ittihamedici hökm çıxarılıb.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, E.Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilib. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Qeyd edək ki, ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.

Bu ilin yanvarında isə həkim barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Aslan Vəliyev
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr