“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatdı

Cəmiyyət 01-apr, 20:539 xeber 1 0
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı üzrə qeydiyyat prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.
Bildirilib ki, qeydiyyat mərhələsi ərzində proqramda iştirakla bağlı 5 096 müraciət daxil olub ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Qeydiyyatdan keçənlər sırasından müvafiq tələblərə cavab verən namizədlər test imtahanında iştirak hüququ qazanacaqlar. Test mərhələsi ilə bağlı məlumatlar həmin namizədlərə fərdi qaydada təqdim olunacaq.
4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində və tabeliyində olan qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Rəqəmsal gələcək” şüarı ilə start götürən IV “Maarifçi” proqramı Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri, magistratura pilləsində təhsil alanlar və son 3 il ərzində məzun olmuş gənclər üçün nəzərdə tutulmuşdu. Qeydiyyat müddəti ərzində proqram gənclər tərəfindən böyük maraqla qarşılanıb.
“Maarifçi” tələbə-məzun təcrübə proqramının əsas məqsədi tələbə və yeni məzun olmuş gənclərə real iş mühitində təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini praktikada tətbiq etmələrinə şərait yaratmaq və peşəkar vərdişlər formalaşdırmaqdır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr