Təhsildə yenilikçi yanaşmanın ünvanı – Xırdalan şəhər 8 nömrəli tam orta məktəb və direktor Mahnur Hüseynova

--- 02-may, 18:489 xeber 7 0
Müasir dövrdə təhsil yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda gələcəyin savadlı, vətənpərvər və innovativ düşüncəli gənclərinin formalaşdırılmasına xidmət edir. Bu baxımdan Abşeron rayonunda fəaliyyət göstərən Xırdalan şəhər 8 nömrəli tam orta məktəb öz uğurları və inkişaf strategiyası ilə seçilən təhsil müəssisələrindən biridir. Məktəbin rəhbəri Mahnur Hüseynovanın peşəkar idarəçiliyi, müəllim kollektivinə verdiyi dəyər və şagirdlərin inkişafına yönəlmiş fəaliyyəti bu uğurların əsasını təşkil edir.
Son illərdə məktəbin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və innovativ layihələrin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Məktəbin yenidən qurularaq müasir standartlara uyğun istifadəyə verilməsi, geniş sinif otaqları, elektron lövhələrlə təchiz olunmuş kabinetlər, laboratoriyalar və akt zallarının yaradılması təhsil mühitinə yeni nəfəs gətirib. 
Direktor Mahnur Hüseynova məktəbdə yalnız akademik nəticələrin deyil, həm də mənəvi dəyərlərin formalaşmasına xüsusi önəm verir. Onun rəhbərliyi ilə müəllim-valideyn-şagird münasibətləri daha da gücləndirilib, məktəbdə sağlam və yaradıcı mühit formalaşdırılıb. Məktəbin şagirdlərinin müxtəlif olimpiada və müsabiqələrdə qazandığı nailiyyətlər də bu uğurlu idarəetmənin nəticəsidir. 
Mahnur Hüseynovanın təşəbbüsü ilə həyata keçirilən “Məntiq Adası” layihəsi məktəbin ən diqqətçəkən yeniliklərindən biridir. Layihə şagirdlərin məntiqi və riyazi düşüncə qabiliyyətinin inkişafına yönəlib və gələcəkdə onların beynəlxalq olimpiadalarda iştirakına geniş imkanlar açır. Bu təşəbbüs məktəbin təhsil strategiyasında innovativ yanaşmanın bariz nümunəsi hesab olunur. 
Məktəbdə məktəbəhazırlıq qruplarının təşkili, balaca fidanların təhsilə sevgi ilə başlaması üçün yaradılan şərait də xüsusi diqqətə layiqdir. Direktor Mahnur Hüseynova uşaqları və valideynləri daim diqqət və qayğı ilə qarşılayaraq onların gələcək uğurlarına inam aşılayır. Onun fikrincə, hər bir şagird gələcəyin alimidir, müəllimidir, mühəndisidir və vətənə layiqli vətəndaşıdır. 
Bu gün Xırdalan şəhər 8 nömrəli tam orta məktəb Abşeron təhsilində nümunəvi məktəblərdən biri kimi tanınırsa, burada Mahnur Hüseynovanın zəhməti, uzaqgörən rəhbərliyi və təhsilə sevgisi xüsusi rol oynayır. Onun fəaliyyəti göstərir ki, savadlı və məsuliyyətli rəhbər məktəbi yalnız idarə etmir, həm də onu inkişaf və uğur yoluna aparır.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr