DataLife Engine / Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı

Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı


Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
23-07-2021, 14:58
Вернуться назад