Naftalanda avtomobil yollarının təmirinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.