Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz kəsiləcək.Bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsilə əlaqədar 04.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.
“Qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1600 istehlakçının qaz təchizatında fasilə yarancaqdır”, - deyə məlumatda qeyd edilib.