DataLife Engine / Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.
Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev Fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Bildirilib ki, Cəbrayıl Eldar oğlu Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Yusif Mahmud oğlu Nəbiyev isə 18.09.1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
14-04-2026, 18:17
Вернуться назад