DataLife Engine / Ağdamda qəza oldu - 6 yaralı var

Ağdamda qəza oldu - 6 yaralı var



Ağdamda qəza baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib. 

Hərəkətdə olan “Renault Laguna” markalı 99 UA251 dövlət nömrəli avtomobil “GAZ” markalı avtomobillə toqquşub. 
Qəza nəticəsində 6 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə cəlb olunan 2 təcili tibbi yardım avtomobili yaralıları Bərdə Diaqnostika Mərkəzinə çatdırıb. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 


Bu gün, 18:53
Вернуться назад