DataLife Engine / Bakıda musiqiçini maşın vurub öldürdü

Bakıda musiqiçini maşın vurub öldürdü

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
Hadisə gecə saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Samir Rzayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Bildirilib ki, qəzada həyatını itirən piyada musiqiçi olub. S.Rzayev tanınmış sintezator ifaçılarından imiş.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Bu gün, 19:56
Вернуться назад