
Göygöl rayonu ərazisində yerləşən göldə 2 azyaşlı boğulub.
“Qafqazinfo” xəbər verir ki, vəfat edən uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, uşaqlar göldə çimərkən boğulub.
Faktla bağlı araşdırma başlanılıb.
***
Hadisə rayonun Bəhrambağ kəndində qeydə alınıb.
2017-ci il təvəllüdlü R.Həsənov və onun qohumu 2016-cı il təvəllüdlü Y.Nəsibov süni göldə boğularaq ölüblər.
R.Həsənov üçüncü, Y.Nəsibov isə dördüncü sinif şagirdi olub. Hər iki uşağın meyiti tapılıb.
Məlumata görə, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yunis Quliyev


