DataLife Engine / Şimşək, dolu, sel... - Xəbərdarlıq

Şimşək, dolu, sel... - Xəbərdarlıq

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
8-06-2026, 18:19
Вернуться назад