Novxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.“Qafqazinfo” Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə “Novxanı bağları”, “Atıçılıq” kimi tanınan ərazidə baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Moxramov İsrail Mustafa oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alaraq hadisə yerində həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.