Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.Hazırda Kürün Zərdab, Kürdəmir, İmişli rayonlarından keçən hissəsində suyun səviyyəsində davamlı yüksəlmə qeydə alınır.
Mütəxəssislər bildirirlər ki, yağıntıların davam etməsi və suyun bu templə artması bölgədə daşqın riskini daha da gücləndirə bilər.
Ərazi üzrə aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və mümkün fəsadların qarşısının alınması istiqamətində monitorinq aparılır. Sakinlərə isə ehtiyatlı olmaları və çay kənarına yaxınlaşmamaları tövsiyə edilir.