DataLife Engine / Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub.
Belə ki, kəsici alətdən xəsarət alan Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib.
Onun kimin tərəfindən və ya hansı şəraitdə bıçaqlanması hələ ki, məlum deyil.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Yunis Quliyev

Dünən, 22:58
Вернуться назад