DataLife Engine / Goranboyda iki qadın kimyəvi maddədən zəhərləndi

Goranboyda iki qadın kimyəvi maddədən zəhərləndi


Goranboy rayonunda zəhərlənmə hadisəsi baş verib.

Rayonun Qazaxlar kənd sakinləri 1967-ci il təvəllüdlü Afət Quliyeva və 1984-cü il təvəllüdlü Leyla Qəmbərova kimyəvi maddədən zəhərləniblər.

Hər iki qadın xəstəxanaya çatdırılıb, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.
23-01-2026, 18:41
Вернуться назад