DataLife Engine / 52 yaşlı kişinin meyiti tövlədə tapıldı

52 yaşlı kişinin meyiti tövlədə tapıldı


Lənkəranda kişi meyiti tapılıb.
Hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.
22-01-2026, 20:06
Вернуться назад