San-Marinonun Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan Prezident İlham Əliyevi təbrik ediblər.“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq”.