DataLife Engine / Zaur Əliyev nazir müavini təyin olundu

Zaur Əliyev nazir müavini təyin olundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.
“Qafqazinfo” “Bakupost.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu xəbəri rus dilində oxuyun: Заур Алиев стал замминистра
Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. 
Qeyd edək ki, Zaur Əliyev eyni zamanda Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

Dünən, 21:20
Вернуться назад