DataLife Engine / İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur

İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur


insanlar-kucelere-tokuldu
Venesuelada baş verən ardıcıl iki güclü zəlzələdən sonra paytaxt Karakasda elektrik enerjisinin və suyun verilişində ciddi fasilələr yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, paytaxt Karakasda insanların çoxu küçələrdə gecələyirlər.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 39 saniyəlik intervalla 7.2 və 7.5 maqnitudalı iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, əsas təkanın episentri Karatob ştatının Moron şəhərindən 16 km cənub-qərbdə, paytaxt Karakasdan isə təxminən 160 km qərbdə yerləşib. Zəlzələ ocağı yerin 10 km dərinliyində qeydə alınıb.
Təbii fəlakət nəticəsində Karakasda çoxmərtəbəli binalara və digər tikililərə ciddi ziyan dəyib. Venesuelanın Simon Bolivar adına əsas beynəlxalq hava limanında terminalın damı uçub, bütün reyslər təxirə salınıb. Ölkədə fövqəladə vəziyyət elan olunub.
Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 164 nəfər həyatını itirib, 971 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlarla binanın uçduğu La Quayra ştatı fəlakətdən ən çox zərər çəkən bölgə olub.





Dünən, 18:28
Вернуться назад