DataLife Engine / Konqoda Ebola xəstəxanasına silahlı basqın - Bir həftədə üçüncüdür

Konqoda Ebola xəstəxanasına silahlı basqın - Bir həftədə üçüncüdür


konqoda-ebola-xestexanasina-silahli-basqin
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Monqbvalu şəhərində aqressiv gənclərdən ibarət silahlı qrup Ebola qızdırmasından əziyyət çəkən xəstələrin müalicə olunduğu xəstəxanaya basqın edib.
“Qafqazinfo” “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında qeydə alınıb.
Məlumata görə, hücum zamanı tibb müəssisəsində atəş səsləri eşidilib. Yaranan panika səbəbindən tibbi heyət xəstələri və işçiləri təcili şəkildə təxliyə etmək məcburiyyətində qalıb. Xəstəxananın direktoru Riçard Lokudu bildirib ki, basqın edənlər Ebola xəstəliyindən vəfat edən iki qohumunun cəsədinin onlara təhvil verilməsini tələb ediblər.
Qeyd edək ki, bu, son bir həftə ərzində Konqoda tibb müəssisələrinə edilən artıq üçüncü analoji hücumdur. Bundan əvvəlki iki insident ölkənin Rvampara şəhərində və İturi əyalətində qeydə alınıb. Hər iki hadisəyə səbəb yerli sakinlərin infeksiyaya yoluxma riski səbəbindən vəfat edən yaxınlarının cəsədlərini ala bilməməsi olub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, hazırda Konqoda Ebola virusuna şübhəli yoluxma hallarının sayı 900-ü ötüb, onlardan 101-i isə təsdiqlənib.
Dünən, 18:50
Вернуться назад