DataLife Engine / Danışıqların uğursuzluğunun səbəbini açıqladı

Danışıqların uğursuzluğunun səbəbini açıqladı

Aprelin 11-də Pakistanın paytaxtı İslamabadda İran-ABŞ danışıqlarının nəticəsiz qalmasına səbəb Vaşinqtonun daim dəyişən tələbləri olub.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında bildirib.
“Amerika tərəfinin acgöz yanaşması və tələblərin daim dəyişməsi səbəbindən razılığa gəlmək mümkün olmayıb”, - o qeyd edib.

İslamabadda aparılan danışıqları şərh edən Əraqçi açıqlayıb ki, Tehran Vaşinqtona tam etimad göstərməməsinə baxmayaraq, görüşə xoş niyyətlə yanaşıb.
13-04-2026, 20:16
Вернуться назад