DataLife Engine / Pezeşkian Trampı təkzib etdi

Pezeşkian Trampı təkzib etdi

“İran və ABŞ heç bir danışıq aparmır. ABŞ prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində edilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian özünün “Telegram” kanalında bildirib.
Pezeşkian əlavə edib ki, son günlərdə İran yalnız Yaxın Şərq ölkələri, xüsusən də Omanla Hörmüz boğazından gəmilərin koordinasiyasını və keçidini təmin etmək üçün danışıqlar aparır. O həmçinin Tehran və Vaşinqton arasında heç bir gizli danışıqların aparılmadığını bəyan edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla ikigünlük “çox yaxşı və məhsuldar” danışıqlardan sonra Pentaqona İran elektrik stansiyalarına və enerji infrastrukturuna hücumları beş gün dayandırmağı tapşırdığını bildirib. Onun sözlərinə görə, Vaşinqton və Tehran Yaxın Şərqdəki hərbi əməliyyatların həllini müzakirə edib.







Dünən, 18:04
Вернуться назад