DataLife Engine / ABŞ daha bir tankeri saxladı

ABŞ daha bir tankeri saxladı


ABŞ Hərbi Dəniz Qüvvələri Venesuela ilə əlaqəli olan və sanksiyalardan yayınaraq qeyri-qanuni neft daşıyan “Bertha” adlı tankeri Hind okeanında ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.
Açıqlamada bildirilir ki, ABŞ Silahlı Qüvvələri Karib dənizindən gələn və qeyri-qanuni neft ticarəti ilə məşğul olduğu üçün izlənilən sanksiya altındakı üçüncü tankerin göyərtəsinə daxil olub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, Kuk adalarının bayrağı altında fəaliyyət göstərən “Bertha” tankeri həm də İranla əlaqələrinə görə sanksiya siyahısında yer alırdı.
Dünən, 21:30
Вернуться назад