
Ölkənin birinci bankı “Kapital Bank” gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və tələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkil edilir.
Əməkdaşlığın davamı olaraq fevralın 25-də Təhsil Tələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə və məzunları üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib.
Təlim “Kapital Bank”ın İstedadların idarə edilməsi departamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiyada gənclərə praktiki tövsiyələr və real iş mühiti ilə bağlı təcrübələr də bölüşülüb.
Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların karyera seçimlərinə daha şüurlu yanaşmalarına, peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərmək olub.
Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “Kapital Bank”ın saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc