DataLife Engine / Gömrükdə mebel milyonları - Büdcəni necə sovururlar?

Gömrükdə mebel milyonları - Büdcəni necə sovururlar?



Ölkənin gömrük sistemi də diğər sahələr kimi idarəolunmaz, korrupsiyalaşmış olaraq fəaliyyətdədir. Bir qədər də dəqiqləşdirsək Gömrük Komitəsinin mətbuatı susdurması və ətrafında böyük mətbuat ordusu yaratması qanunsuz əməllərinin üzə çıxmasını əngəlləyir. Üstəlik yuxarı eşolonda olan məmurların da bu prosessə dəstək verməsi Səfər Mehdiyevin timsalında, Bakı Baş Gömrük İdarəsinin rəhbəri Kənan Məmmədovu da kef-damağa salıb.

Ötən günlərdə Bizimxeber.az olaraq dövlət büdcəsinə vurulan külli miqdarda ziyan barədə yazmışdıq. Bildirmişdik ki, ölkəyə mebel idxal edən milyonluq dövriyyəyə malik sahibkarlar aidiyyatı qurumların rəhbərləri ilə əlbir olaraq 100 min manatlıq mebelləri ölkə gömrüyündə 10-15 min manata rəsmiləşdirirlər. Nəticədə qəpik-quruş vergi yaranır ki, onu da büdcəyə ödəyib böyük məbləğdə pul qazanırlar. 

Məlumata görə, olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin  - Kənan Məmmədovun və ondan da yuxarı şəxslərin ciblərinə böyük gəlir gətirir.

Bakı Baş Gömrük İdarəsindəki mebel oyunu davam edir və görünür onu hələ narahat edən yoxdur. 

Redaksiyaya daxil olan yeni məlumata görə, Səfər Mehdiyevlə Kənan Məmmədov bu məlumatlar mətbuatda dərc edildikdən sonra mebel gətirən "birdəfəlik" şirkətlərin sayını çoxaldıblar, adlarını dəyişiblər və sairə...

Ən maraqlısı budur ki, Mikayıl Cabbarovun kadrı sayılan İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov baş verənləri hələ də görməzdən gəlir. "Ara xəlvət tülkü bəy" oyunu davam edir.

Bütün baş verənlər ölkədə islahatların aparıldığı ilə bağlı deyilənləri birmənalı olaraq kölgə altına salır. Hərçənd ki, ölkənin rəhbəri bütün sahələrdə islahatların davam etdiyini bildirir və uğurlardan danışır. Bəs Gömrük Komitəsində nə baş verir? Bakı Baş Gömrük İdarəsində kim hansı əməllərini davam etdirir?
2-07-2021, 12:14
Вернуться назад