“Azərbaycan xalqı yaxın günlərdə bizim tarixi qələbəmizi qeyd edəcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Hazırda biz azad edilmiş əraziləri bərpa edirik. Genişmiqyaslı dövlət proqramı artıq həyata keçirilməyə başlayıb”, - deyə dövlət başçısı vurğulayıb.