Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb.
Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə yaradılan Komissiyanın tərkibi açıqlanıb.
Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Müəyyən edilib ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.