DataLife Engine / Kreml: Moskva İrəvana və Bakıdan cavab gözləyir - AÇIQLAMA

Kreml: Moskva İrəvana və Bakıdan cavab gözləyir - AÇIQLAMA

Kreml: Moskva İrəvana və Bakıdan cavab gözləyir - AÇIQLAMA


Ermənistan-Azərbaycan sərhədinin gərginliyin olmaması və sabitliyin təmin olunmasının ən yaxşı yolu iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılmasıdır. 

Rusiya mediası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev Rusiyanın Ermənistan-Azərbaycan sərhədində neytral bufer bir ərazinin yaradılması ilə bağlı məsələyə mövqeyinı açıqlayarkən deyib. 

"Biz dəfələrlə vurğulamışıq ki, Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində baş verən insidentlərlə bağlı problemi həll edib, uzunmüddətli sabitliyin təmin edilməsinin çıxış yolu Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması və ardınca onun demarkasiyasıdır. Moskva müvafiq danışıqlar prosesinin başlamasını təmin etmək məqsədi ilə İrəvana və Bakıya təkliflər hazırlayaraq, təqdim edib. Tərəfdaşlarımızdan  reaksiya gözləyirik”, - RF XİN təmsilçisi qeyd edib.
1-10-2021, 12:19
Вернуться назад